﻿ZƏBUR.
100.
Şükran məzmuru. Ey bütün dünya, cuşa gəlib Rəbbə nida edin, 
Sevinclə Rəbbə qulluq edin, Mədh oxuyaraq Onun hüzuruna gəlin! 
Rəbb Allahdır, siz bunu bilin, O bizi yaradıb, biz Ona aidik, Xalqıyıq, otlağında otardığı sürüyük. 
Dərgahına şükürlərlə, Həyətlərinə həmdlərlə gəlin. Ona şükür edin, İsminə alqış söyləyin. 
Rəbb nə yaxşıdır, məhəbbəti əbədidir, Sədaqəti nəsillərdən-nəslə çatır! 
