﻿ZƏBUR.
124.
Davudun ziyarət nəğməsi. İndi İsrail söyləsin: Rəbb tərəfimizi saxlamasaydı, 
Bizə qarşı insanlar qalxarkən Rəbb tərəfimizi saxlamasaydı, 
Bizə qarşı qəzəblərindən yanarkən Bizi diri-diri udardılar, 
Sular bizi yuyub-aparardı, Sellər üstümüzü basardı, 
Azğın sular üstümüzü basardı. 
Alqış olsun Rəbbə! O bizi onların dişlərinə ov etmədi. 
Bizi ovçunun tələsindən bir quş kimi qurtardı, Tələ qırıldı, canımız azad oldu. 
Bizə Rəbbin adından, Göyləri və yeri yaradandan yardım gəlir. 
