﻿ZƏBUR.
133.
Davudun ziyarət nəğməsi. Nə yaxşıdır, nə xoşdur Qardaş olub bir yaşamaq! 
Belə yaşamaq qiymətli yağ kimidir; O yağ ki başa çəkilib saqqala, Harunun saqqalından paltarının yaxasına axırdı. 
Sanki Xermon dağının şehi Sion dağlarına düşür, Çünki Rəbb buyurub ki, Bu məkana bərəkət, əbədi həyat verilsin. 
